Gəncə Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin sabiq müdirləri işləmiş Məharət Mustafayev və Əli Rüstəmlinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbsi barədə  əməliyyat şəhər İcra Hakimiyyətinin inzibatı binasında keçirilməyib.

“Gəncə Şəhər İcra Hakimiyyəti KİV nümayəndələrindən xahiş edir ki, bəzi xəbər başlıqlarında yanlışlığa yol verilməməsi üçün məlumatı rəsmi qaydada təqdim etsinlər”, -deyə məlumatda bildirilir.

.