Goranboy rayonunda tüfəng ilə ov edən Gəncə şəhər sakini güllə yarası alıb.
"Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Vüqar Məmmədov ayağından yaralanıb.
Yaralı Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Kişinin hansı şəraitdə yaralandığı araşdırmalardan sonra məlum olacaq.
.
