Türkiyənin Muğla şəhərində toy karvanında qəza baş verib.
Publika.az "Hüriyyet”ə istinadən xəbər verir ki, gəlin maşını qadın sürücünün idarə etdiyi avtomobilə çırpılıb. Hadisə nəticəsində 7 nəfər yaralanıb. Yüngül xəsarət alan 27 yaşlı bəy Hüseyn Demirçi ağır vəziyyətdə olan 25 yaşlı gəlin Yasemin Demiçinin əlini bir an olsun buraxmayıb.

