
Gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub.
Bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.
Gələn il bu sahəyə 8 milyard 110 milyon 642.2 min manat ayrılması proqnozlaşdırılır.
Müdafiə və milli təhlükəsizlik xərcləri 2027-ci ildə 7 milyard 345 milyon 473.2 min manat, 2028-ci ildə 6 milyard 979 milyon 393.1 min manat, 2029-cu ildə 7 milyard 402 milyon 393.9 min manat olacaq.
Təhsil xərcləri 125 milyon manatdan çox artırılacaq
Gələn il üçün proqnozlaşdırılan təhsil xərcləri məlum olub.
Bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.
Gələn il bu sahəyə 5 milyard 063 milyon 152.6 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 126 milyon manata yaxın, yaxud 2,5 faiz çoxdur. 2025-ci ildə təhsil sahəsinə 4 milyard 937 milyon 283,2 min manat ayrılması nəzərdə tutulub.
Təhsil xərcləri 2027-ci ildə 5 milyard 139 milyon 003.6 min manat, 2028-ci 5 milyard 220 milyon 534.5 min manat, 2029-cu ildə 5 milyard 302 milyon 474.5 min manat olacaq.
İşğaldan azad olunmuş ərazilərə 2026-2029-cu illərdə 16 milyard manat xərclənəcək
İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2026-2029-cu illərdə 16 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 30,6 faizdir.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Qeyd edilib ki, ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.
Xatırladaq ki, ümumilikdə 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılmışdır, 2025-ci ildə bu məqsədə 4 milyard manat vəsait nəzərdə tutulub.
Səhiyyə xərcləri 3,8 faiz artırılacaq
Gələn il üçün proqnozlaşdırılan səhiyyə xərcləri məlum olub.
Bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.
Gələn il bu sahəyə 2 milyard 069 milyon 680.4 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 76 milyon 102 min manat, yaxud 3,8 faiz çoxdur. 2025-ci ildə səhiyyə sahəsinə 1 milyard 993 milyon 578,3 min manat ayrılması nəzərdə tutulub.
Səhiyyə xərcləri 2027-ci ildə 2 milyard 145 milyon 131.3 min manat, 2028-ci ildə 2 milyard 241 milyon 524.4 min manat, 2029-cu ildə 2 milyard 332 milyon 409.1 min manat olacaq.
Gələn il sosial müdafiə və sosial təminat xərcləri 5 milyard manatdan çox olacaq
Gələn il üçün proqnozlaşdırılan sosial müdafiə və sosial təminat xərcləri məlum olub.
Bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.
Gələn il bu sahəyə 5 milyard 105 milyon 971.8 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 354 milyon 241 min manat, yaxud 7,4 faiz çoxdur. 2025-ci ildə sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 751 milyon 730, 8 min manat ayrılması nəzərdə tutulub.
Sosial müdafiə və sosial təminat xərcləri 2027-ci ildə 5 milyard 389 milyon 226.9 min manat, 2028-ci ildə 5 milyard 871 milyon 740,5 min manat, 2029-cu ildə 6 milyard 180 milyon 879,3 min manat olacaq.
.