Gədəbəydəki qətlin təfərrüatı məlum olub.
Teleqraf.comxəbər verir ki, iki azyaşlı uşağı olan ana atasının evində məskunlaşıb. Sentyabrın 5-də, axşam saatlarında sərxoş vəziyyətdə qayınatasının evinə gələn Fariz arvadı ilə barışmaq, onu öz evinə aparmaq istəyib.
Lakin Mətanət onunla getməkdən imtina edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Fariz keçmiş arvadının başını kəsib.
****Gədəbəydə qətl hadisəsi törədilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.
Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.
Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.
Faktla bağlı araşdırma aparılır.
.
