G7 xarici işlər nazirləri Rusiyadakı vəziyyəti müzakirə edib.
Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.
"Rusiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün G7 xarici işlər nazirləri ilə danışdım. Bazar ertəsi Aİ Xarici Əlaqələr Şurasının görüşündən əvvəl Avropa İttifaqı daxilində koordinasiya aparıram və biz böhrana cavab mərkəzini aktivləşdirmişik. Ukraynaya dəstəyimiz dayanmadan davam edir", -Borrel bildirib.
.
