
G7 ölkələri yaxın iki-üç həftə ərzində Rusiya almazına qadağa elan edəcək.
Yenizaman "Sky News"a istinadən xəbər verir ki, bu barədə Belçika hökumətinin rəsmisi deyib.
Bildirilib ki, qadağa yanvar ayından qüvvəyə minəcək.
G7 liderlərinin dünyanın ən böyük almaz istehsalçısı olan "Alrosa"ya qarşı ABŞ-ın mövcud sanksiyalarına əsaslanaraq məhdudiyyətləri müzakirə etdiyi bildirilir.
Qeyd edək ki, Rusiya dünyanın ən böyük almaz tədarükçülərindən biridir və sektor indiyədək əksər sanksiyalardan yayınmağı bacarıb.
Moskva 2021-ci ildə Belçikaya 28,2 milyon karat xam almaz ixrac edib, rəqəmlər göstərir ki, bu, onu Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan sonra ixracatda lider ölkə edir.