“G20 liderləri COP29 müzakirəçilərinə aydın mesaj göndəriblər: yeni uğurlu maliyyə hədəfi olmadan Bakını tərk etməyin”.

Bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin bəyanatında qeyd olunub.

“Bu, borc böhranlarının yayıldığı, iqlim dəyişikliyinin həyatları məhv etdiyi, tədarük zəncirlərini zədələdiyi və inflyasiyanı artırdığı dünyada bir vacib siqnaldır”, - icraçı katib bildirib.

Stil G20 liderlərinin qlobal əməkdaşlığın tamamilə vacib olduğu fikrini gücləndirdiyini və COP29-un da yeni və ambisiyalı maliyyə hədəfi ilə buna nail olunduğunu göstərməsinin vacibliyini vurğulayıb.

“G20 liderlərinin qeyd etdiyi kimi, hazırda təmiz enerji və iqlim dəyişikliyinə dayanıqlı qlobal iqtisadiyyata sürətli keçid üçün daha güclü yeni milli iqlim planları vacibdir”, - o qeyd edib.

.