Füzuli rayonunun Böyük Bəhmənli kəndində fermada 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirən Əli Məmmədov hadisədən sonra qacıb gizlənib.

Füzuli Rayon Polis Şöbəsindən verilən məlumata görə, kecirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çobanın yeri müəyyən edilərək saxlanıb. Ə.Məmmədov istintaqa təvil verilib.

Onun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


****

Füzuli rayonunda qətl hadisəsi baş verib.

Rayonun Böyük Bəhmənli kəndində fermada çoban işləyən 19 yaşlı Əli Məmmədov 15 yaşlı Tumas Musayevə tüfəngdən atəş açaraq onu öldürüb.

Hadisənin səbəbi araşdırılır.
.