Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı aksiyalara və müxtəlif istiqamətlərdə tibbi müayinələrin keçirilməsinə başlayıb.
Nazirlikdən verilən məlumata görə, məqsəd işğaldan azad olunan ərazilərə köçürülən əhali arasında fiziki aktivliyin təbliği, eyni zamanda vətəndaşların sağlamlığının daha da gücləndirilməsinə əlavə tövhə verməkdən ibarətdir.
Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun keçirdiyi ilk belə tədbir azad olunan Füzuli şəhərində baş tutub. Tədbir çərçivəsində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində yaşayan uşaqların kompleks tibbi müayinələri aparılıb.
.