Futbol üzrə Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub.

Türkiyə Futbol Federasiyasının rəsmi saytı verdiyi məlumata görə, Şenol Günəşlə 4 illik müqavilə bağlanılıb. Sözləşmə bu il iyunun 1-dən qüvvəyə minəcək və 2020-ci il Avropa çempionatı ilə 2022-ci il dünya çempionatını da əhatə edəcək.

Qeyd edək ki, hazırda Şenol Günəş "Beşiktaş"ın sükanı arxasındadır. O, klubu cari mövsümün sonunda tərk edəcək.
.