Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüz etməkdə şübhəli bilinən şəxs həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağazadə Əsgər Yusif oğluna Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün istintaq orqanının təqdimatı əsasında Ə. Ağazadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

.