Erməni əsilli xarici ölkə vətəndaşlarının Ermənistan silahlı birləşmələri tərəfində iştirakı terror fəaliyyətidir.

Bu barədə Trend-ə özəl müsahibəsində Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov deyib.

O əlavə edib ki, Ermənistan Dağlıq Qarabağdan başqa, bu ərazidən üç dəfə böyük ərazini də zəbt edib. 50 min erməninin rahat yaşaması üçün 700 min azərbaycanlını həmin torpaqlardan qovub, Hitlerin təbirincə yaşayış zonası yaradıb: "Bu torpaqlarda Ermənistan yandırılmış torpaq taktikasını həyata keçirirdi və hazırda biz bu torpağı yenidən çiçəklənən bağa çevirmək və qaçqınlarımızı evlərinə qaytarmaq istəyirik".

F.Axundov qeyd edib ki, Azərbaycan başqa bir ölkənin onun yerində olacağı təqdirdə edəcəklərini edir. Heç bir ölkə öz torpaqlarının xarici işğalçı tərəfindən tapdalanmasına dözməz. Biz bu torpaqları yüz minlərlə qaçqının evlərinə qayıtması üçün azad edirik.

Qeyd edək ki, oktyabrın 1-i Ermənistan Prezidenti Armen Sarkisyan "Əl Cəzirə" telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib.

S.Sarkisyan bildirib: "Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik".
 

.