Rusiya Federal Təhlükəsizlik Xidmətində İŞİD terror təşkilatının liderlərinin ölkə ərazisində terror aktları hazırlaması ilə bağlı məlumat var.

RİA "Novosti" xəbər verir ki, bu barədə FTX-nin direktoru Aleksandr Bortnikov bildirib.
O, terrorçuların ölkə ərazisinə girişinin qarşısını almaq üçün sərhəd nəzarəti üzrə əlavə tədbirlər lazım olduğunu vurğulayıb.
Sankt-Peterburq metrosundakı terror hücumu barədə danışan FTX direktoru qeyd edib ki, hazırda terror qruplaşmalarının qanadlarının 8 üzvü - 6-sı Sankt-Peterburqda, 2-si Moskvada - saxlanılıb.

"Mövcud məlumatların təhlili göstərir ki, terror qruplarının əsasını əmək miqrasiyası axınları ilə Rusiyaya gələn MDB vətəndaşları təşkil edir".

Bunu  da Rusiya  Aleksandr Bortnikov Milli Antiterror Komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, belə şəxslər Rusiyaya gəldikdən sonra miqrantlar mühitində fəal cəlbetmə fəaliyyəti ilə məşğul olur.

FTX rəhbəri Rusiyaya gələn yaraqlıların bir hissəsinin Suriya və İraqda təlim keçdiyini və döyüşlərdə iştirak etdiyini əlavə edib.


.