Körfəz ölkələri neft ixracını Hörmüz boğazından yan keçməklə həyata keçirməyə imkan verəcək yeni boru kəmərlərinin tikintisini nəzərdən keçirir.
Bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, yeni kəmərlər regionun Hörmüz boğazındakı vəziyyətdən asılılığını azaltmaq üçün demək olar yeganə alternativ hesab olunur.
Məqalədə qeyd olunur ki, Yaxın Şərqdə davam edən gərginlik 1980-ci illərdə İran–İraq müharibəsi zamanı boğazın bağlanması ehtimallarından sonra tikilmiş Səudiyyə Ərəbistanının “Şərq–Qərb” neft kəmərinin strateji əhəmiyyətini bir daha ön plana çıxarıb. 1200 km uzunluğunda olan bu kəmər hazırda gündəlik təxminən 7 milyon barel nefti Qırmızı dənizdə yerləşən Yanbu limanına çatdırır və tamamilə Hörmüz boğazından yan keçir.
Bildirilir ki, hazırda Səudiyyə Ərəbistanı rəhbərliyi ixracın boru kəmərləri vasitəsilə artırılması imkanlarını da nəzərdən keçirir. Bu, mövcud infrastrukturun genişləndirilməsi və ya yeni marşrutların tikintisini əhatə edə bilə
.
