“Barselona”nın futbolçusu Frenki de Yonqun taleyinə aydınlıq gəlib.

Bunu niderlandlı yarımmüdafiəçinin özü açıqlayıb.

26 yaşlı futbolçu “Barselona”da qalmağa qərar verib. De Yonq növbəti mövsümdə də İspaniya nəhənginin formasını geyinəcəyini bildirib.

Qeyd edək ki, Frenkinin Barselonanın eyniadlı təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

.