“Tabe olmayan Fransa” solçu partiyasının qurucusu Jan-Lük Melenşon Fransanın sistemli və mütəşəkkil şəkildə NATO-dan çıxmasının tərəfdarıdır.
Bu barədə siyasətçi İspaniyanın “El País” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, alyans müharibə məntiqini ehtiva edir.
“Mən tərksilah və sakitləşmə məntiqini seçirəm. Yelisey sarayında olsaydım, təbii ki, sistemli və mütəşəkkil şəkildə vahid hərbi komandanlıqdan, NATO-dan çıxardım. Xüsusən də müharibə vaxtı, bu söhbətlərə qarışmamaq üçün”, - Melenşon bildirib.
O əlavə edib ki, Aİ-nin Ukraynaya yardım üçün gördüyü tədbirlər yenə təsdiqlənərdi və Fransa bu ölkəyə yardımı dayandırmazdı.
.