Fransanın Baş naziri Eduard Filippin rəhbərlik etdiyi hökumət istefa verib.

Bu barədə Yelisey sarayının mətbuat xidməti bildirib.

Qeyd olunur ki, E.Filipp səhər saatlarında istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edib.

Fransada yaxın zamanlarda yeni hökuməin formalaşdırılması gözlənilir. Yeni hökumət formalaşanadək hazırkı hökumət öz səlahuiyyətlərini icra edəcək.

.