Fransa dövlətindən dəstək tədbirləri tələb edən fermerlər bu ölkənin 40 kommunasında etiraz aksiyaları keçirirlər.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Daha əvvəl həmkarlar ittifaqının liderləri Parisə və digər böyük şəhərlərə gedən yolları bağlayacaqlarını bəyan etmişdilər.

Fransanın Daxili İşlər Nazirliyi böyük şəhərlərə gedən yolların tamamilə bağlanmasına icazə verməyəcəyini bildirib. Nazirlik ictimai asayişin pozulmasının qarşısını almaq üçün 15 min polis və jandarmadan istifadə etmək niyyətində olduğunu bəyan edib.

.