![](/uploads/img/posts/2024/03/14/65f2ef4bc604165f2ef4bc6042171041978765f2ef4bc603f65f2ef4bc6040jpg-1710419950.jpg)
Fransada - mənim ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var.
Bunu Qlobal Bakı Forumu çərçivəsində “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda paneldə Fransa Senatının üzvü Natali Qule bildirib.
Natali Qule bu gün beynəlxalq hüququn işləmədiyini bildirib: “Fransada – mənim ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var. Dünyanın belə vəziyyətə gəlməsinin səbəbi liderliyin olmamasıdır. Dünya dəyişib, terrorizm, ekstremizm artıb. Vətəndaş cəmiyyətinin rolu artmalıdır. Mən sizinlə üzrxahlığımızı da bölüşmək istəyirəm”.
.