Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) vitse-prezidenti Klemans Qette ölkənin NATO-dan çıxması ilə bağlı qətnamə təqdim edib.
Bu barədə o, sosial mediada paylaşım edib.
"Fransanın ABŞ-nin rəhbərlik və idarə etdiyi hərbi ittifaqda iştirak məsələsi indiyədək olduğundan daha aktualdır. Mən NATO-dan çıxmağı planlaşdıran qətnamə təqdim edirəm", - deyə Qette bildirib.
Vitse-prezident ABŞ-nin Venesuela lideri Nikolas Maduronu ələ keçirməsini və Qrenlandiyanı ilhaq etmək planlarını tənqid edib. O, həmçinin Qəzza zolağındakı münaqişə zamanı ABŞ-nin İsrailə verdiyi dəstəyə qarşı çıxıb.
.
