Fransanın daxili işlər naziri Bernar Kaznev ölkə ərazisində nifrətin təbliğ olunduğu bütün məscidləri bağlamaq niyyətindədir.
Bu barədə AzVision.az Fransanın "Figaro” nəşrinə istinadən xəbər verir.
"Onlar bizi qorxutmaq istəyirlər. Lakin həyatın daha sakit şəkildə davam etməsi üçün tədbirlər görmək lazımdır”, - deyə "France 2” telekanalına müsahibəsində nazir vurğulayıb.
Nazir təsdiqləyib ki, nifrətin təbliğ edildiyi məscidlərin qapadılması ilə bağlı işlərə başlanıb.
.