Fransada könüllü hərbi xidmətə qəbul başlayıb.
Fransa mediası xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Katrin Votren mətbuat konfransında bildirib.
"Bu gün silahlı qüvvələrimizə qoşulacaq gənc könüllülərin qəbuluna başlayırıq", - o deyib.
Fransa ordusunun Baş Qərargah rəisi general Fabyen Mandon qeyd edib ki, proqram iştirakçıları yalnız ölkə ərazisində xidmət edəcəklər.
Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron 2026-cı ilin yayından etibarən ölkədə könüllü hərbi xidmətin tətbiq ediləcəyini bildirmişdi. Xidmət müddəti 10 ay olacaq və 18-19 yaş arası gəncləri əhatə edəcək.
