Fransada keçirilən prezident seçkilərin II turunda "İrəli" hərəkatının lideri Emmanuel Makron 66,06 faiz seçici səsi toplayıb.
Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, seçkilərin II turunda Makronun namizədi olmuş "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen 33,94 faiz seçici səsi toplayıb.
"Reuters"in yaydığı xəbərdə isə bildirilir ki, rəsmi məlumatlara görə, bülletenlərin 11,5%-i boş qalıb və ya xarab olub. Qeydə alınan seçicilərin ümumi sayının 25,38%-i səsvermədə bitərəf qalıb.
