Fransa Dövlət Şurası yeni növ koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı ləğv edib.

 “Alman dalğası” verdiyi məlumata görə, bu barədə qərar dünən axşam qəbul edilib.

Toplaşmaq azadlığının fundamental hüquq olduğu qeyd edilən qərara əsasən, aksiyaçıların sayı 5 min nəfəri ötməməlidir. Aksiya barədə öncədən şəhər bələdiyyəsi, yaxud polisə məlumat verilməlidir.  

Koronavirusun yayılması ilə tədbirlər görülməyəcəyi və aksiyaçıların sayı 5 min nəfəri ötəcəyi halda hakimiyyə aksiyanı qadağan edə bilər.

Qeyd edək ki, Fransa hökuməti koronavirus infeksiyası ilə əlaqədar mayın 31-də ölkədə aksiyaların, görüşlərin keçirilməsi və ictimai yerlərdə 10 nəfərdən artıq toplaşmanı qadağan etmişdi.

.