Fransa ölkə vətəndaşlarını İrana səfər etməməyə, hazırda bu ölkədə olan fransızları isə təcili oranı tərk etməyə çağırıb.

Yenizaman-ın BFMTV-yə istinadən xəbərinə görə, ölkənin Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi bəyanat yayıb.

Bəyanatda Fransa öz vətəndaşına İrana səfər etməməyi rəsmi şəkildə tövsiyə edib və hələ də ölkədə olan Fransa vətəndaşlarından bölgədə hərbi eskalasiya riski səbəbindən mümkün qədər tez ölkəni tərk etməyi xahiş edib.

.