Qrenlandiya ticarət obyekti deyil və oranın sakinlərinə məxsusdur.

Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Inter" radiostansiyasının efirində bildirib.

"Qrenlandiya satılmır. O qrenlandiyalılara məxsusdur və onun gələcəyi Qrenlandiya və Danimarka hakimiyyəti arasındakı razılaşmalar çərçivəsində müəyyən ediləcək", - o deyib.

Barronun sözlərinə görə, bir NATO ölkəsinin digərinə hücumu mənasız və ABŞ-nin öz maraqlarına zidd olardı. Nazir, həmçinin qeyd edib ki, bu məsələni ABŞ dövlət katibi Marko Rubio ilə müzakirə edib, o da hərbi ssenarinin Vaşinqton tərəfindən baxılmadığını təsdiqləyib.

Nazir bildirib ki, ABŞ Qrenlandiyanı ələ keçirmək təhdidini reallaşdırmağa çalışacağı təqdirdə Fransa tərəfdaşları ilə birgə fəaliyyət planı üzərində işləyir. O, bu məsələnin Almaniya və Polşa xarici işlər nazirləri ilə görüşündə müzakirə olunacağını qeyd edib.

"Biz hərəkət etmək niyyətindəyik, lakin bunu avropalı tərəfdaşlarımızla birgə etmək istəyirik", - deyə nazir vurğulayıb.

.