Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
IRNA xəbər verir ki, Fransa Prezidenti Yaxın Şərqdə gərginliyin artmasından narahatlığnı ifadə edib və İrandan təmkinli davranmağı istəyib.
İran Prezidenti İsrailə qarşı Tehranın cavab vermək hüququnu özündə saxladığını vurğulayıb və "ABŞ və Qərbin İsrailin İranın Dəməşqdəki səfirliyinə hücumu və HAMAS-ın siyasi liderin öldürülməsindən sonra passiv davranışını tənqid edib".
"Prezident Pezeşkian İranın müharibədən çəkinməyi və dünyada sülh və təhlükəsizliyin bərqərar olmasına çalışmağı əsas prinsiplərindən biri hesab etdiyini qeyd edərək, lakin beynəlxalq müqavilələr və qanunlar çərçivəsində öz maraqlarının pozulması qarşısında heç vaxt səssiz qalmayacağını bildirib", IRNA yazıb.
.