Fransa öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə davam edəcək.

Bu barədə respublikanın silahlı qüvvələri naziri Sebastyen Lekornu “La Tribune Dimanche” qəzetinə müsahibəsində bildirib.

“Belə bir niyyətim var, onun üzərində işləyirəm, biz “Anna” Kiyev briqadasını tamamlayacaq əsgərlər hazırlamağı bacarmalıyıq” – o jurnalistin “Fransanın öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə davam edib-etməyəcəyi” ilə bağlı sualına belə cavab verib.

Fransa hərbçiləri hazırda ölkənin şərqindəki Qrand Est bölgəsində Ukrayna Silahlı Qüvvələrinin təxminən 2,3 min üzvünə təlim keçir. Nazirin sözlərinə görə, Ukraynada onlarla yeni briqada yaradılmalıdır.
 

.