Bu gün Fransa Senatı Moskvaya qarşı tətbiq edilmiş sanksiyaların yhumşaldılmasına çağıran qətnamə qəbul edib. Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, sənədin qəbulunun lehinə 302, əleyhinə isə 16 senator səs verib.
Qeyd edək ki, qətnamə tövsiyə xarakteri daşıyır.
Senat ölkə hökumətini çağırır ki, Avropa İttifaqının rəhbərliyi ilə danışıqlarda Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların tədricən yumşaldılmasında israr etsin, lakin burada Minsk sazişinin şərtlərinin yerinə yetirilməsini də vacib adlandırır.
Ekspertlərin fikrincə, Fransada yaxın zamanlarda keçiriləcək seçkilər öncəsi hökumətin Senatın çağırışına müsbət cavab verməsini gözləmək çətindir.
.
