Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu proseduruna başlamaq mümkün deyil.

Bunu Fransa Prezidenti Emmanuel Makron Versalda Aİ liderlərinin sammitindən əvvəl əvvəl jurnalistlərə bildirib.

"Bildiyiniz kimi, üç ölkə - Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün rəsmi ərizə veriblər. Biz bu axşam onları müzakirə edəcəyik. Hesab edirəm ki, hazırkı dövrdə diqqətli olmalıyıq. Bu gün müharibə gedən ölkəyə Aİ-yə daxil olmaq üçün proseduru aça bilərikmi? Düşünmürəm”, - Makron qeyd edib.

.