Fransanın Antiterror Polisi terror aktı törətməyə hazılaşan 18 yaşlı şəxsi saxlayıb.

“Reuters“-in xəbərinə görə, araşdırmalar zamanı onun ölkədə silsilə xarakterli qanlı hadisələr planlaşdırdığı ortaya çıxıb.

Bildirilib ki, sözü gedən şəxsin terror planının iyulun 26-da açılışı olacaq XXXIII Paris Yay Olimpiadası ilə əlaqəsi yoxdur.

Dindirilmə nəticəsində saxlanılanın bir qədər əvvəl eyni əmələ görə tutulan həmyaşıdı ilə sosial şəbəkədə yazışmalar apardığı müəyyən edilib.
 

.