Fransa Futbol Federasiyası (FFF) PSJ klubunun keçmiş oyunçusu Kilian Mbappeyə olan borcun ödənilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətini rədd edib.
Yenizaman-ın "Frans Press" agentliyinə istinadən məlumatına görə, federasiyanın Paris klubunun futbolçuya 55 milyon avro ödəməsi ilə bağlı qərarı qüvvədə saxlanılıb.
Mbappe köhnə müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən PSJ-dən FFF və UEFA-ya şikayət edib. Günahı sübut olunarsa, kluba transfer qadağası qoyula və hətta UEFA lisenziyası ləğv edilə bilər. Bu da komandanın UEFA Çempionlar Liqasından kənarlaşdırılması anlamına gələcək.
Qeyd edək ki, K.Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib və klub tarixində ən çox qol vuran futbolçudur. 25 yaşlı hücumçu 2024-cü ilin yayında azad agent kimi İspaniya təmsilçisi "Real"la müqavilə imzalayıb.
O, PSJ-nin heyətində 5 dəfə Fransa çempionu, 3 dəfə ölkə kuboku və superkubokun qalibi olub. Həmçinin 2 dəfə Liqa Kubokunu qazanıb. K.Mbappe 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu olub.
.