
Fransanın "Sent-Etyen" klubunun futbolçusu Vilyam Qomis silahlı atışmada öldürülüb.
"Var-Matin" nəşri xəbər verir ki, hadisə Var departamentində qeydə alınıb.
20 yaşlı gənc oyunçu ilə yanaşı, 14 yaşlı yeniyetmə də güllələnib. Fransa klubu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Atışma sentyabrın 9-dan 10-na keçən gecə baş verib.
.