Fransa büdcə kəsiri səbəbindən Ukraynaya xərcləri azaltmaq məcburiyyətində qalıb.

Bu barədə “Politico” məlumat yayıb.

“Siyasi olaraq 2024-cü ilin əvvəlində bu yardımın üç milyard avro təşkil edə biləcəyi qərara alınıb. Reallıqda üç yox, iki milyard avrodan çox vəsait ayıracağıq”, - Fransanın müdafiə naziri Sebastyan Lekornu qeyd edib.

Məqalədə o da bildirilir ki, Fransa belə problemlə üzləşən yeganə ölkə deyil. Oxşar çətinliklərlə Almaniya da üzləşib.

 

 

 

 

.