Fransa millisinin sabiq futbolçusu Frank Riberi klub axtarışlarını davam etdirir.

38 yaşlı yarımmüdafiəçi iki variantı nəzərdən keçirir.

İtaliya “Verona”sına keçidi son anda baş tutmayan Riberi bu ölkənin digər klubu ilə danışıq aparır. “Salernitana” təcrübəli futbolçunun xidmətində maraqlıdır. İtaliyalılar ona ildə 1,5 milyon avro ödəməyə razıdır.

Riberi yenidən Türkiyə Super Liqasına da qayıda bilər. Vaxtilə “Qalatasaray”da oynamış ulduz bu dəfə “Fatih Karagümrük”də çıxış edə bilər. Qardaş ölkə təmsilçisi veteranın təcrübəsindən yararlanmaq niyyətindədir.
 

.