Fond: "Bank Standard"ın bəzi kreditorlarının tələblərini ödəmək üçün vəsait çatmayacaq
"Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin kreditorlarının bəzilərinin tələblərini ödəmək üçün vəsait çatmayacaq". "APA-Economics" xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.
Onun sözlərinə görə, indiyədək bankın qorunan əmanətçilərinə 437 mln. manat kompensasiya verilib.
"KPMG-nin qiymətləndirməsinə görə bankın likvid aktivləri 195 mln. manat təşkil edir. Belə görünür ki, bankın kreditorlarının bir qisminin tələblərinin ödənilməsi üçün vəsait çatmayacaq", - deyə o vurğulayıb.
