
Avropa Komissiyası ABŞ rüsumlarına cavab olaraq ticarətlə bağlı yeni əks-tədbirlər strategiyasının hazırlanması üçün məlumat toplayır.
Bu barədə Yenizaman “Reuters” agentliyinə istinadən bildirib.
"Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün metallurgiya sənayesinin nümayəndələri ilə telefon danışığı aparıb, daha sonra isə ABŞ rüsumlarına cavab tədbirləri ilə bağlı müzakirə aparmaq üçün avtomobil sektorunun nümayəndələri qarşısında çıxış edəcək", - məlumatda bildirilib.
Agentliyin məlumatına görə, zənglərin məqsədi Vaşinqtonun polad idxalına elan etdiyi rüsumlara Brüsselin gözlənilən cavabından kənara çıxan sonrakı ticari əks-tədbirlər strategiyasının hazırlanması üçün əlavə məlumat toplamaqdan ibarətdir. Bu məsələ ilə bağlı səsvermə həftənin sonuna planlaşdırılıb.
Üçüncü görüşün aprelin 8-də Avropa əczaçılıq sənayesinin nümayəndələri ilə keçirilməsi planlaşdırılıb.
.