Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Ukraynaya dəstəyini ifadə etmək üçün mayın 9-da Kiyevə gedəcək.
Bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə deyib.
"Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sabah Kiyevə gedir. Avropa Günündə o, Ukraynaya tam dəstəyimizi ifadə edəcək", - Mamer bildirib.
Xidmət rəhbəri təhlükəsizlik səbəbi ilə səfərin təfərrüatlarını açıqlamayıb.
.
