Madridin “Real” klubunun prezidenti Florentino Peres ulduz futbolçu Kriştianu Ronaldunun İspaniyaya qayıtma ehtimalına münasibət bildirib.

“Ronaldu “Real”a qayıtmayacaq. Bunun mənası yoxdur, onun “Yuventus”la müqaviləsi var” - El Chiringuito telekanalı F. Peresin açıqlamsını yayımlayıb.

Xatırladaq ki, daha əvvəl 36 yaşlı portuqaliyalının “Yuventus”un siyasətindən narazı olduğu və Madridə geri qayıdacağı barədə məlumatlar verilirdi. 

Qeyd edək ki, Kriştianu Ronaldunun “Yuventus” klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

.