İspaniyanın “El Confidencial” nəşri “Real”ın prezidenti Florentino Peresin səs yazısını yayımlayıb.

Ələ keçirilən həmin səsyazmada “kral klubu”nun rəhbəri komandanın əfsanəvi oyunçuları – qapıçı İker Kasilyas və qalmaqalla ayrılan hücumçu Raul Qonzalesi tənqid edib.

Həmin səsyazmada Peres onlar haqda bunları söyləyib: “Kasilyas “Real”lıq qapıçı deyil, heç vaxt da olmayıb. Məndən daha nə istəyirsiz? Bu, bizim üçün böyük geriləmə oldu. Sadəcə, onu tərifləyənlər və müdafiə edənlər var. O, ən böyük fırıldaqçılardan biridir, ikincisi isə Rauldur. “Real” tarixinin ən böyük iki fırıldaqçısı Raul və Kasilyasdır”.

Qeyd edək ki, “Real” daha bir əfsanəvi futbolçusu Serxio Ramosla da bu yay yollarını ayırıb. İspaniya nəhəngindən narazı gedən 35 yaşlı müdafiəçi PSJ ilə müqavilə imzalayıb.

.