Səndən qüdrətli insanlar mənimlə çarpışmağı bacarmadılar.
 
Müstəqil.Az  xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova "10-dan sonra” verilişində əməkdar artist Teymur Əmrahın onun "Ey Vətən” mahnısını oxumasına qadağa qoyması haqda danışarkən deyib. Xalq artisti Teymur Əmrahın ona düşmən münasibət bəslədiyini bildirib:
 
"Teymur, əl çək məndən. Nəfəsin, tərzin mənimdir. Səni mənim mahnılarımla sevdilər. Onları oxudun, özünü sevdirməyə çalışdın. Hər şeyə şübhən ola bilər, ancaq mənim vətənpərvərliyimə yox. Səndən qüdrətli insanlar mənimlə çarpışmağı bacarmadılar. Bu vərdişini qoy yerə. Onsuz da alnında, danışıq tərzində Flora Kərimova yazılıb. Məni pisləməklə kimlər nə qazandı ki, sən də qazanasan. Hələ ki, gec deyil, dayan. Heç nə əldə edə bilməyəcəksən. Mən bu cəmiyyətdə zərrə-zərrə öz yerimi qazandım.
Sən isə misqal-misqal addımlayırsan, insanların sənə nifrətini qazanma! Sən mənim oxşarımsan. Hansı ləkəni boynuma qoysalar, dinmərəm. Amma Teymur "Ey Vətən” mahnısını oxumağa ixtiyarım olmadığını dedi. Bu qədər insafsızlıq, paxıllıq olmaz. Dayan, sən nə edirsən? Sənin hansı yolunu kəsmişəm ki! Mən hər zaman ona dəstək olmuşam. Amma o, hər zaman arxamca danışıb”.
.