Flippinin dövlət başçısı ABŞ prezidentinin dəvətini rədd eləyib. Donald Tramp Rodriqo Duterteni ölkələr arasında ittifaqı möhkəmləndirmək üçün Ağ Evə çağırmışdı.
Trampın dəvətini qəbul etməyən dövlət başçısı "çox məşğul" olduğunu deyib.
Filippinin təhqir ehtiva edən ritorikaları və narkomaniya ilə mübarizədə yürütdüyü qəddar üsullar ilə gündəm olan lideri bildirib ki, bu ərəfələrdə işləri çoxdur:
"Hələ Rusiya və İsrailə getməliyəm. Buna görə də, söz verə bilmərəm, məşğulam."
.
