
Fizika üzrə Nobel mükafatı amerikalı Kip Torn, Rayner Vayss və Harri Berrişə verilib.
Bu barədə İsveç Kral Elmlər Akademiyasının yaydığı məlumatda deyilir.
Adıçəkilən alimlər eksperiment yolu ilə qravitasiya dalğalarının aşkarlanmasına kömək edən lazer-interferometrik dalğa-qravitasiya rəsədxanasını yaradıblar.
Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.