Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytı verdiyi xəbərə görə, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

Fizika üzrə 2022-ci il Nobel mükafatı qalibləri Alain Aspect, John F. Clauser, Anton Zeilinger olub.

.