Fizika üzrə Nobel mükafatı laureatları məlum olub.

 “Nobelprize.org” xəbər verir ki, Con Klark, Mişel H. Devore və Con M. Martinis sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.

Alimlər bu mükafata elektrik dövrəsində makroskopik kvant tunelləşməsi və enerji kəmiyyətləşdirilməsinin kəşfinə görə layiq görülüblər.

2024-cü ildə fizika üzrə Nobel mükafatına kimlər layiq görülmüşdü?

Xatırladaq ki, ötən il fizika üzrə Nobelə John J. Hopfield və Geoffrey E. Hinton layiq görülüblər.

.