Ukrayna ərazisindən Rusiya neftinin nəqli bərpa olunmasa bu ölkəyə dizel yanacağının göndərilməsi dayandırılacaq.
“Dennikn.sk” portalının xəbərinə görə, bunu Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib.
O deyib ki, ölkənin neft şirkəti olan “Slovnaft”a bununla bağlı müvafiq tapşırıq verilib.
R. Fitso həmçinin Avropa İttifaqının mövcud vəziyyətdən çıxması üçün Rusiya ilə münasibətlərə yenidən baxmalı olduğunu bildirib.
.