“Ov icazəsi hansı günə alınırsa, həmin gün də istifadə edilməlidir. Əks təqdirdə, yenidən icazə alınmalıdır”.

Bunu Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəhbəri Firudin Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, bu qayda sui-istifadə hallarının qarşısını almaq üçündür: “Həmin liseynziyada qeyd olunan ərazi üzrə ovlanacaq heyvanların sayında dəyişiklik edilməməsi, qayda pozuntularının olmaması və ekologiyanın yerli qurumları tərəfindən nəzarətin təşkil edilməsi üçün lisenziyada hansı tarix, ərazi gösətilirsə, həmin formada ov təşkil olunmalıdır. Tarix dəyişsə, vətəndaş yerli ekologiya orqanlarına yenidən müraciət etməlidir”.

.