Finlandiya Rusiya vətəndaşlarına əmlak almağı qadağan etməyi planlaşdırır.
Bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen mətbuat konfransında bildirib,
Onun sözlərinə görə, Finlandiya hökuməti milli təhlükəsizliyi qorumaq məqsədilə Rusiya vətəndaşlarının əksəriyyətinə Şimali Avropa ölkəsində əmlak almağı qadağan etməyi təklif edir.
“Qaydalar Finlandiyaya qarşı mümkün düşmən təsirlərin qarşısını almağa yönəlib” , - Hakkanen qeyd edib.
Təklif edilən qadağa ikili vətəndaşlığı olanlara, Finlandiyada və ya digər Avropa İttifaqı ölkələrində daimi iqamətgahı olan ruslara şamil edilməyəcək.
Sözügedən qadağa parlamentdə səsverməyə çıxarılmazdan əvvəl ekspert məsləhətləşmələrindən keçməlidir.