Finlandiya Prezidenti Aleksander Stubb hökumətin Rusiya ilə sərhəd məsələsindəki qərarını dəstəkləyib.

O, “Yle” telekanalına müsahibəsində bildirib ki, bu hüquqi addım ölkədə xaosun qarşısını almağa yönəlib.

Finlandiya-Rusiya sərhədi 2023-cü ilin noyabrında bağlanıb. Cari ilin aprel ayının 4-də hökumət bu qərarı müddətsiz hesab edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi Helsinkinin bu addımına hüquqi məhdudiyyətlərlə qarşılıq veriləcəyini açıqlayıb.

.